Ermənistanda seçkilərdə qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanılıb
03.04.2017 888 0.0 0

Ermənistan Baş Prokurorluğu parlament seçkilərində səsvermə zamanı qanun pozuntuları barədə 2000-ə yaxın məlumatla tanış olub.

"İnterfax"a istinadən verilən məlumata görə, onlardan 392-də cinayət əlamətləri aşkarlanıb.

"392 məlumatdan 121 bir seçicinin digər seçicinin yerinə səs verməsi ilə, 115-i seçicinin öz iradəsini azad ifadə etməsinə mane olmaq ilə, 77-si səsvermə sirrinin pozulması ilə, 63-ü KİV nümayəndəsinin, güvənilmiş şəxsin və müşahidəçinin işinə mane olmaq ilə, 5-i seçkiqabağı rüşvət paylanması ilə, 1-i isə seçki məntəqəsində siyahının tərtibinə mane olmaq ilə bağlıdır", - Baş Prokurorluqda bildiriblər.

Prokurorluqda bildiriblər ki, təkrar səsvermə hallarının 6-sı üzrə cinayət işi başlanıb, bir nəfər saxlanılıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar