Ermənistanda məktəblilər tətil elan etdilər - Video
29.09.2016 846 0.0 0

Ermənistanın Vardenis şəhərinin məktəbliləri tətil elan ediblər.

 

Qazeta.info ARB TV-yə istinadən xəbər verir ki, şagirdlər qəza vəziyyətində olan binada təhsil almaq istəmədiklərini bildiriblər. Onların fikrincə, binaya daxil olmaq həyat üçün təhlükəlidir.

 

Hadisə yerinə gələn rəsmi nümayəndələr şagirdləri binaya qaytarmağa və qarışıqlığa son qoymağa çalışıblar, lakin onlara qulaq asan olmayıb.

 

Vardenisdə yeni məktəbin tikintisi üçün hələ 2011-ci ildə hökumət təxminən 1 milyon dollar vəsait ayırıb. Lakin həmin pullar mənimsənilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar