Ermənistan əsgəri hərbçi yoldaşını güllələyib
17.01.2017 1090 0.0 0

Erməni silahlı bölmələrində intizamsızlıq nəticəsində növbəti cinayət hadisəsi baş verib.

Ermənistan KİV-inə istinadən xəbər verilir ki, sıravi əsgər Qurgen Sarkisyan əsgər yoldaşı olan kiçik çavuş tərəfindən güllələnib.

Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, ilkin məlumatlara görə, əsgər Q.Sarkisyan yanvarın 16-da təqribən saat 23:55-də qulluq etdiyi N saylı hərbi hissənin döyüş mövqeyində güllələnib.

Q.Sarkisyanın vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin silahdan istifadə qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanılıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar