Ermənistan paytaxtında atəş səsləri eşidilir
29.07.2016 672 0.0 0

 İrəvanda polis bölməsini ələ keçirən silahlı qrupla polis arasında atışma baş verib.Məlumata görə atışma zamanı 3 nəfər yaralanıb.

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Ermənistan polisi mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.

 

“Post-patrul alayının ərazisində atışma baş verib. Cavab atəşi ilə polis silahlı qrupun 3 üzvünü yaralayıb. Onlar artıq xəstəxanaya çatdırılıb”, deyə A.Aqaronyan bildirib./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar