Ermənistan ordusunda kadr dəyişikliyi olub
28.09.2017 702 0.0 0

Ermənistan prezidenti Serj Sarqsyan orduda yeni təyinatlarla bağlı sərəncam verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat idarəsinin rəisi, general-mayor Artak Davtyan tutduğu vəzifədən azad edilib.

O, Müdafiə Nazirliyinin 5-ci korpusunun komandanı təyin olunub.

Bundan başqa, general-mayor Artur Simonyan Ermənistan ordusunun Sülhməramlılar briqadasının komandiri vəzifəsindən azad edilib. S.Sarqsyanın sərəncamı ilə bu vəzifəyə polkovnik Vaxinak Sarkisyan təyin olunub. O, Ermənistan Silah Qüvvələri Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisi vəzifəsindən azad edilib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar