Ermənistan ordusunda insident olub, bir əsgər ölüb, biri ağır yaralanıb- VİDEO
08.12.2016 912 0.0 0

Ermənistan ordusunda insident baş verib. 

 

Məlumata görə, erməni sosial şəbəkə istifadəçiləri yazır ki, Ermənistanın Dilican şəhərindən Dağlıq Qarabağa hərbi xidmətə çağırılan əsgər Albert Postolokyanla digər hərbi qulluqçu Qarnik Derderyan arasında dekabrın 8-ə gecə insident baş verib.

 

Şəxsi münaqişə zəminində Q. Derderyan əlindəki qumbaranı A. Postolokyana atıb.

 

Qumbaranın partlaması nəticəsində A. Postolokyan ölüb, Q. Derderyan özü isə ağır qəlpə yarası alıb

 

Hazırda vəziyyəti kritik qiymətləndirilir./APA/

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar