Ermənilər toy çadırın atəşə tutdu-Yaralılar var (VİDEO)
01.09.2015 700 0.0 0
Azərbaycanın Tərtər rayonunda toy çadırını atəşə tutub, 3 mülki şəxs yaralanıb.

 

Məlumata görə, hadisə rayonun Qapanlı kəndində həyətdə toy mərasimi keçirilərkən baş verib. Nəticədə toyda iştirak edən 63 yaşlı Müşkinaz Tanrıverdiyeva, 67 yaşlı Mədinə Əhmədova və azyaşlı Zəhra Əlizadə xəsarət alıblar. 

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova  deyib ki, yaralılardan biri Tərtər Mərkəzi Rayon Xəstəxanasına, bir nəfər isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İnsident zamanı qaçarkən yıxılan və yüngül zədə alan Zəhra Əlizadə isə ev şəraitində müalicə olunur./apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar