Erməni zabiti başından güllələdilər (FOTO)
01.07.2015 875 0.0 0

Ermənistanın hərbi hissələrindən birində zabit Mavrik Xaçaturoviç Melikyan öldürülüb.
 

Məlumata görə, bu hadisə ölkənin şimal-şərqində yerləşən hərbi hissədə törədilib.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib və bildirib ki, leytenant başından güllə ilə vurulub. Mavrik Melikyan hərbi hissə ərazisində iyunun 30-da saat 13 radələrində tapılıb. O, hospitala gətirilərkən yolda keçinib. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Ermənistan Müdafiə Nazirliyi onun ailəsinə, yaxınlarına və qohumlarına ağır itki ilə bağlı başsağlığı verib.

 

 

Ümumiyyətlə, son vaxtlar erməni ordusunda itkilərin sayı artıb, əsgərlər orduda xidmət etmək istəmirlər, çünki zabitlər onlara qarşı xoş rəftar göstərmirlər. Eyni zamanda rus əsgərləri də hədəf seçilir. Belə ki, bu il iyunun 15-də Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında hərbi qulluqçu İvan Novikov öldürülüb. İyunun 15-də meyiti aşkarlanan Novikov Ermənistanda 2-3 aydır xidmət edib. Öldürülən əsgərin bədənində bıçaq xəsarətləri aşkarlanıb. Onun hansı səbəbdən öldürülməsi ilə bağlı hələ ki heç bir versiya yoxdur.Gümrüdə öldürülən əsgərə görə onun hərbçi yoldaşı saxlanılıb. Ermənistan istintaq komitəsindən verilən xəbərə görə, bu həmin hərbi hissədə müqavilə əsasında qulluq edən Rusiya vətəndaşıdır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar