Erməni xakerləri Milli Məclisə «hücum» etdilər
27.12.2015 631 0.0 0

Milli Məclisin saytı sındırılıb.

Məlumata görə, bu gün Ermənistan KİV-də Azərbaycan qanunverici orqanı - Milli Məclisin "Armenian Cyber Army" xaker qrupu tərəfindən sındırıldığı məlumatı yayılıb. 

Xaker qrupunun yaydığı məlumata görə, iki günlük cəhdlər nəticəsində rəsmi sayt fəaliyyəti dayandırılıb. 

Hazırda internet səhifəsi işləmir.

 

Məsələ ilə bağlı Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu ilə əlaqə yaratsaqda, o bu gün qeyri-iş günü olduğundan bununla bağlı heç bir məlumat verə bilməyəcəyini dedi.

 


Akif Təvəkküloğlu - Milli Məclisin mətbuat katibi


Daha əvvəl isə erməni xakerlər Azərbaycan nazirliklərinin saytlarına hücum təşkil ediblər.

Məlumata görə, erməni hakerlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin internet saytlarına hücum etdiklərini iddia ediblər. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar