Erməni əsilli proqramçı 500 milyon dollar oğurlamaqda təqsirləndirilir
01.12.2016 775 0.0 0

Norveç 500 milyon dollar oğurlamaqda təqsirləndirilən erməni əsilli rusiyalı proqramçı Mark Vardanyanı ABŞ-a ekstradisiya etmək niyyətindədir.

"Report" "Azadlıq" radiosunun Ermənistan bürosuna istinadən xəbər verir ki, rəsmi Moskva aylardır bunun baş verməməsinə çalışır.

Norveç şirkətlərindən birinin keçmiş IT-mütəxəssisi olan M.Vardanyan ötən ilin sentyabr ayında saxlanılıb və hələ də ilkin həbsdə saxlanılır.

Rəsmi ittihama görə, o, internetə xüsusi fayllar yükləməklə 11 milyondan çox kompüteri virusa yoluxdurub, nəticədə minlərlə insanın fərdi məlumatlarına giriş əldə edib və sonra  bank sistemlərindən böyük məbləğdə pul oğurlamaq məqsədi ilə bu məlumatlardan istifadə edib.

M.Vardanyan ittihamları qəbul etmir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar