Erməni rəqqasə həbs olundu
21.04.2015 1055 0.0 0

Misir məhkəməsi “Səfinaz” adı ilə tanınan erməni rəqqasə Sofinar Qouryanı azadlıqdan məhrum edib.

Məlumata görə, buna səbəb erməni rəqqasənin Qırmızı dəniz kurortlarından birində qonaqlar qarşısında çıxış edərkən əyninə Misir bayrağına bənzəyən dar paltar geyinməsi olub.

Misir Məhkəməsi məşhur erməni göbək rəqqasəsini ölkənin dövlət bayrağını təhqir etdiyinə görə 6 ay müddətinə azadlıqdan məhrum edib. Qərbi Qahirədə Aquza rayonunun məhkəməsi rəqqasəni 2 min dollar məbləğində cərimə etdikdən sonra onu əlavə olaraq 1500 dollara appelyasiya müddəti üçün zaminə buraxıb.

Misirdə yaşayan S.Qouryan məhkəməyə bildirib ki, bayrağı bilərəkdən təhqir etmədim. Bu, sadəcə olaraq ölkə qanunlarını yaxşı bilməməyimdən irəli gəlib.

Xatırladaq ki, “Dövlət bayrağının təhqiri” maddəsi Cinayət Məcəlləsinə 2013-cü ildə Misirə bir il rəhbərlik etmiş keçid prezidenti Adli Mansour tərəfindən daxil edilib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar