Erməni güləşçini məğlub edən idmançımız olimpiadaya lisenziya qazanıb
16.04.2016 713 0.0 0

Serbiyanın Zrenyanin şəhərində Rio Olimpiadasına lisenziya xarakterli Avropa təsnifat turniri davam edir.

 

Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan yığmasının üzvü, sərbəst güləşçi Cəbrayıl Həsənov (74 kq) döşək üzərinə çıxıb.

 

İkiqat Avropa çempionu ilk görüşdə Moldova təmsilçisi Aleksandru Burkanı, daha sonra isə Polşa idmançısı Kristian Brzozovskini məğlubiyyətə uğradıb. Yarımfinalda Ermənistan güləşçisi Suren Xaçatryanla qarşılaşan C. Həsənova qələbə üçün 51 saniyə bəs edib. Rəqibi üzərində təmiz qələbə qazanan idmançımız finala adlayıb.

 

İdmançımız bununla Rio Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar