Erməni deputatı ölkəsindən qaçıb
29.04.2016 584 0.0 0

Ermənistanın “Çiçəklənən Ermənistan” partiyasının deputatı Abraham Manukyan partiyaya məxsus 100 milyon dram (təxminən 200 min dollar ) pulla birlikdə ölkədən qaçıb. “news.am”a istinadən verilən məlumata görə, bu barədə “Aykakan Jamanak” qəzeti yazıb. Bildirilir ki, parlamentdəki köməkçisi də deputatın hazırda ölkədə olmadığını təsdiqləyib.
 
Həmin pullar partiyanın regional strukturlarının koordinasiyası üçün nəzərdə tutulubmuş. A.Manukyan daha əvvəl bu koordinasiyaya rəhbərlik edib. Bir müddət əvvəl A.Manukyanın partiya daxilində bəzi şəxslərlə münaqişəsi yaranıb. Nəticədə bəzi üzvlər partiyanı tərk ediblər. Onun partiya rəhbərliyində dəyişikliyin olmasını istədiyi bildirilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar