Entoni Coşua Vladimir Kliçkonu nokautla məğlub edib
 
 30.04.2017 1039 0
 
Britaniyalı boksçu Entoni Coşua IBO, IBF və WBA versiyaları üzrə çempion titullu görüşdə ukraynalı boksçu Vladimir Kliçkonu məğlub edib.
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, Coşua Kliçkonu 11 raunda texniki nokautla məğlub edib.
Bu qələbə indiyədək məğlub olmayan Coşuanın karyerasında sayca 19-dur. Kliçko isə 69 görüşdən 5-də məğlub olub./apa/
Digər xəbərlər:
Şərhlər




