Emin Ağalarovun şənliyində gözlənilməz hadisə
17.06.2016 1008 0.0 0

Rusiyalı məşhur müğənni Nikolay Baskov Moskvada keçirilən şənlik zamanı hovuza düşüb. Məlumata görə, onu hovuza müğənni Ani Lorak itələyib. 39 yaşlı ulduzun suya düşməsi hər kəs üçün gözlənilməz olub. 

Daha sonra rusiyalı ifaçı hovuzdan çıxaraq Ani Lorakı suya atmağa çalışıb, ancaq bacarmayıb. 

Hadisə azərbaycanlı milyarderin oğlu, müğənni-bəstəkar Emin Ağalarovun təşkilatçılığı ilə “JARA” musiqili yay festivalı çərçivəsində Moskvada "Rouz bar" restoranında keçirilən şənlik zamanı baş verib. Şənlikdə Ani Lorak, Valeri Meladze, Nikolay Baskov kimi məşhur ulduzlar iştirak edib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar