Emin Ağalarov Leyla Əliyevaya təşəkkür etdi
02.04.2016 833 0.0 0

Rusiyada yaşayan azərbaycanlı müğənni, iş adamı Emin Ağalarov “İnstagram”da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və övladları ilə birlikdə şəklini paylaşıb.

Məlumata görə, Emin Ağalarov paylaşdığı fotonun altında yazdığı şərhdə Leyla Əliyevaya təşəkkür edib.

"Dostluğuna, düşüncəli olmağına, dəstəyinə və balaca möcüzə oğlanlara sənə təşəkkür edirəm Leyla", - Emin şərhdə yazıb.

 

Emin Ağalarovun "İnstagram"da paylaşdığı foto

Leyla Əliyeva ilə Emin Ağalarov 2006-cı il, aprelin 30-da ailə qurublar. 2015-ci ilin mayında isə cütlük ayrılıb. Onlar dost olaraq qalacaqlarını bildiribilər.

İyul ayında Leyla Əliyeva valideyn himayəsindən məhrum olan körpə qızı övladlığa götürüb. Onun adı Əminədir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar