Emin `Jara` festivalına xərclədiyi vəsaitin miqdarını açıqlayıb
04.10.2017 966 0.0 0

Bu il Bakıda "Jara" musiqi festivalının keçirilməsi üçün 5 milyon ABŞ dolları xərclənib.

Məlumata görə, bu barədə Rusiyanın "Forbes" jurnalına müsahibəsində rusiyalı müğənni və iş adamı Emin Ağalarov bildirib.

"Bu il "Jara" festivalını keçirmək üçün təqribən 5 milyon ABŞ dolları xərclədim. 2016-cı ildə festival üçün 2,6 milyon dollara xərcləmişdim və bunun 1,2 milyon dollarını sponsor vəsaitləri və bilet satışından geri qaytara bilmişdim. Keçən il zərər 1,4 milyon dollar olmuşdusa, bu il 2,5 milyon dollar təşkil etdi", - E.Ağalarov vurğulayıb.

Onun sözlərinə görə, o, festivalın təşkilinə biznes kimi baxır.

"Bir-iki ilə qazanc götürməyi heç fikirləşmirdim də, bunun üçün daha çox vaxt lazımdır. Məsələn, mehmanxana işinə sərmayə qoyanda bunun xeyrini 10-12 ilə görürsən. Kommersiya əmlakı üçün bu müddət 8-10 ildir", - biznesmen qeyd edib.

E.Ağalarov bildirib ki, festivalın inkişafını nəzərə alınmaqla, beynəlxalq məşhurların ifası üçün ayrıca bir gün ayırmaq da olar.

"Bu iş çərçivəsində festivalı ABŞ televiziyasında da yayımlamaq mümkündür. Festival ildən-ilə inkişaf edəcək və o zaman qazana biləcəyəm", - müğənni diqqətə çatdırıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar