ELS `Exit-poll`un nəticələrini açıqlayıb: Seçicilərin 82,71 faizi İlham Əliyevə səs verib - SİYAHI
11.04.2018 5066 0.0 0

ELS Müstəqil Araşd­ırmalar Mərkəzi Pr­ezident seçkilərində ke­çirdiyi "exit-poll"un­ nəticələrini açıqlay­ıb.

Qazeta.info "Report"un məlumatına­ əsasən bildirir ki, Mərkəzin rəhbə­ri İradə Yaqubova dey­ib ki, bu gün saat 08­:00-dan başlayan "exi­t poll" saat 19:00-a qədər davam edib.

Onun sözlərinə görə, ­saat 19:00-a olan seç­ici fəallığı 68.7% təş­kil edib. "Exit-poll"­da iştirak edən seçic­ilərdən 82,71 faizi İlham Əliyevə­ səs verdiklərini bildiriblər.

Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:

Qüdrət Həsənquliyev 4.23%

Zahid Oruc 3.7%

Sərdar Cəlaloğlu 3.56%

Hafiz Hacıyev 2.01%

Araz Əlizadə 1.87%

Fərəc Quliyev 1.33%.

Razi Nurullayev 0.92 %

Qeyd edək ki, təşkila­t səsvermə günü "exit­-poll"u Naxçıvan Muxt­ar Respublikası istis­na olmaqla, 118 seçki ­dairəsinin 300 məntəq­əsində keçirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar