Elnur Aslanov ölkədən getdi
23.08.2016 1061 0.0 0

Vaxtilə adı Gülən camaatı ilə əlaqədə hallanan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri Elnur Aslanov ölkədən gedib.

 

Qazeta.info Axar.az-a istinadla bildirir ki, E.Aslanov məzuniyyətə çıxıb və məzuniyyətdən sonra vəzifəsinə geri qayıtmayacaq.  

 

Nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsi faktı təsdiqləyib:

 

“Elnur Aslanov bir həftə əvvəl öz istəyi ilə məzuniyyətə çıxıb. Məzuniyyət dövrünün nə qədər davam edəcəyi və onun ölkədə olub-olmadığını bilmirik. Ola bilsin ki, sentyabrda işə qayıtsın, ola bilsin ki, məzuniyyət müddəti uzansın. Bu barədə dəqiq məlumatımız yoxdur”.

 

Qeyd edək ki, E.Aslanov 19 dekabr 2007-ci ildə Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilib. Adı Gülən camaatna xidmətdə hallanan E.Aslanov 17 mart 2014-cü ildə vəzifəsindən azad edilib.

 

Bir müddət əvvəl isə onun FETÖ lideri Fətullah Gülənə yazdığı məktub üzə çıxmışdı.

 

E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar