Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində bir sıra görüşlər keçirib
26.09.2015 701 0.0 0


Xarici işlər naziri Elmar Məmmədyarov 25 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində San-Marino, Uruqvay və Albaniyanın xarici işlər nazirləri ilə görüşüb
San-Marino xarici işlər naziri Paskal Valentini ilə görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Qazeta.info XİN-ə istinadla bildirir ki, görüşdə Azərbaycan Respublikası və San-Marino arasında “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması” haqqında Saziş imzalanıb. 

Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparıldı.

İki ölkə arasında siyasi dialoqun inkişafında Uruqvay xarici işlər nazirinin müavini Xose Luis Kanselanın bu ilin sentyabr ayında Azərbaycana məhsuldar səfəri və xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin aparılmasının əhəmiyyətindən danışıb. 

Uruqvay xarici işlər naziri ölkəsinin 2016-2017-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olduğunu qeyd edərək, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyü zamanı əldə etdiyi təcrübəsinin Uraqvay ilə bölüşməsindən məmnunluq duyacaqlarını bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətində Latın Amerikası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini qeyd edərək, Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişafı üçün xüsusilə enerji və kənd təsərrüfatı sahələrində əlverişli imkanların olduğunu nəzərə çatdırıb.

Uruqvaylı həmkarını Azərbaycana səfərə dəvət edən nazir, bunun ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün yaxşı imkan ola biləcəyini bildirdi. Uruqvaylı nazir dəvəti məmnuniyyətlə qəbul etdi. 

                                                                     

Daha sonra  Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq məsələləri müzakirə olundu. Albaniyalı nazir iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd edərək, xüsusilə enerji sahəsində strateji əməkdaşlıq üçün əlverişli şəraitin olduğunu bildirilib. 

İkitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

                                                     *****

 

Bundan başqa, xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyasında iştirakı çərçivəsində  Amerika Yəhudi Komitəsinin icraçı direktoru David Harrisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Amerika Yəhudi Komitəsinin Azərbaycana səfərlərinin və ölkəmizlə yaxından tanışlığının, beynəlxalq tədbirlər çərçivəsində bu kimi görüşlərin və aparılan fikir mübadilələrinin təqdirəlayiq təcrübə olduğu qeyd oıunub.

Azərbaycan haqqında həqiqətləri geniş ictimai dairələrə təqdim etməklə Amerika Yəhudi Komitəsinin Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatları və İsrail ilə ikitərəfli əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib.

David Harris Komitənin bu ilin yazında Azərbaycana məhsuldar səfərini xatırladaraq, gələn il də ölkəmizə belə bir səfərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi.

Görüşdə Azərbaycanın zəngin tolerantlıq və multikulturalizm ənənələrinin nümunəvi xarakter daşıdığı vurğulandı.

Elmar Məmmədyarov Komitənin nümayəndələrini Azərbaycanda görməkdən məmnun olacağımızı diqqətə çatdırıb. 

Görüşdə həmçinin, Amerika Yəhudi Komitəsinin nümayəndələrinə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi və Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqeyi barədə məlumat verildi. Bildirildi ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz və işğalı regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdiddir. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar