Eldar Əzizov kabinetdən çıxmır - QALMAQAL
02.09.2015 1992 0.0 0
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı postuna yeni təyinat olması haqda xəbər vermişik. Zakir Fərəcov 1 sentyabr, 2015-ci il tarixdə Sumqayıta icra başçısı təyin olunub. Buna qədər o, Abşeronun icra başçısı vəzifəsini icra edib. 
 
Qazeta.info bildirir ki, Musavat.com-a daxil olan məlumata görə, Sumqayıtın artıq sabiq icra başçısı sayılan Eldar Əzizov bu təyinata özünəməxsus formada reaksiya verib. Sumqayıt İH-dakı mənbbələrdən saytımıza daxil olan məlumatda deyilir ki. E.Əzizov vəzifədən çıxarılmasına kəskin etriaz edib. 
 
O, bildirib ki, kabinetdən çıxmayacaq, vəzifəsini Z.Fərəcova dövr etməyəcək. Sumqayıtdakı mənbə bildirir ki, E.Əzizov ölkənin ikinci böyük şəhərinin rəhbəri vəzifəsindən çıxarılmasını heç cür qəbul edə bilmir. Mənbənin iddiasına görə, o, əvvəl işlədiyi Bakının Nizami rayonuna icra başçısını göndərilməsini "vurulmaq" kimi qəbul edir. 
 
E.Əzizov mətbuata açılamasında işdən çıxarlımasına münasibət bildirib. 
 
O, deyib: "Mən hazırda Sumqayıt şəhər İcra Hakimiyyətində, kabinetimdəyəm və vəzifəmi icra edirəm. Əgər cənab prezident məni vəzifəmdən azad etsəydi, xəbərim olardı. Dünən mətbuatda yayılan məlumatların bir əsası yoxdur". 
 
Xatırladaq ki, buna bənzər hadisə illər öncə baş vermişdi. Bakı rayonlarından birinin polis rəisi vəzifəsindən çıxarılarkən, buna kəskin müqavimət göstərməyə çalışıb. Həmin rəis "Məni bu vəzifəyə Heydər Əliyev qoyub"- deyə etiraz edirmiş. Sonralar onu Bakının başqa rayonuna rəis təyin etdilər, amma yeni vəzifəsində də narazılığını davam etdirib. 
 
Bir müddətdən sonra həmin polis rəisinin başqa bir həmkarı ilə əyləncə mərkəzlərindən birində münasib olmayan vəziyyətdə yaxalandığı haqda mediada xəbər yayıldı. Maraqlıdır ki, bu xəbərin yayılmasından bir neçə gün sonra sözügedən rəis ərizə yazaraq vəzifədən getdi... 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar