Eldar Mahmudovun atasının daha bir barelyefi söküldü
28.03.2016 603 0.0 0

Ötən bayram günlərində Bakının Yasamal rayonu ərazisindəki Hüseyn Cavid prospekti 22 ünvanında yerləşən və vaxtilə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun yaşadığı binanın üzərindən onun xatirəsinə qoyulmuş barelyef sökülüb.

"Vətəninfo"nun yazdığına görə, barelyefi söküb və yerini də elə yamayıblar ki, sanki burada heç nə olmayıb.

Xatırladaq ki, bundan əvvəl akademik Əhməd Mahmudovun büstü Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Fətullah Gülən təriqəti tərəfindən qeyri-qanuni inşa edilən məktəb-liseyin qarşısından da götürülüb./virtualaz.org/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar