Elçin Quliyev səfərə gedib
27.02.2017 1024 0.0 0

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-də Gürcüstan paytaxtı Tbilisiyə səfərə gedib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, səfər çərçivəsində Elçin Quliyevin Gürcüstanın daxili işlər naziri Qeorqi Mqebrişvili, Gürcüstanın sərhəd polisinin rəisi ilə görüşləri nəzərdə tutulub.
Bundan başqa, E.Quliyev Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə əklil qoyacaq, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar