«Eko rəsm festival-2015» adlı layihə həyata keçirilib
06.12.2015 425 0.0 0

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi   Babayev Emin Vidadi oğlu  tərəfindən Saatlı rayonunda icra olunan "Eko rəsm festival-2015" adlı layihəsi uğurla başa çatmışdır.Layihənin məqsədi gənclər arasında ekologiyanın qorunmasının təbliği, yeniyetmə və gənclərin ekoloji tədbirlərdə  iştiraklarının artırılması, onların maraqlarının müdafiəsi işinin aparılması və  asudə vaxtının səmərəli keçirməsinə dəstək olmaqdır.Festivalda gənclərin əl işlərindən ibarət rəsm əsərləri nümayiş olunmuşdur. Layihə rəhbəri Babayev Emin qeyd etmişdir ki, son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.Bu baxımdan, ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunmuş, normativ-hüquqi sənədlər, dövlət proqramları hazırlanmış və təsdiq edilmişdir. Respublika üçün aktual olan ekoloji problemlərin dayanıqlı inkişaf prinsipləri əsasında həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində tədbirlər görülür. Festivalda gənclərə maarifləndirici ekologiya ilə bağlı  bukletler paylanılmışdır.Ümumilikdə festiavlda 60-dan çox gənc iştirak etmişdir.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar