Ehtiyatsızlıqdan adam öldürənlərə yeni cəza növü tətbiq olunacaq
18.10.2017 819 0.0 0

Azərbaycanda ehtiyatsızlıqdan adam öldürənlərə yeni cəza növü tətbiq olunacaq.

Məlumata görə, Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə dəyişiklik təklif olunur.

Qüvvədə olan maddəyə əsasən, ehtiyatsızlıqdan adam öldürməyə görə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Dəyişikliklə maddəyə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzasının əlavə olunması təklif edilir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar