DYP reyd keçirib, 40-a yaxın sürücü cərimələnib - FOTO
06.01.2017 988 0

Biləsuvar Rayon Polis Şöbəsi (RPŞ) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları ilə birlikdə rayon ərazisində reyd keçirib.
Məlumata görə, magistral yollarda təhlükəsizliyin təmin olunması məqsədi ilə keçirilən reyddə yol hərəkəti qaydalarını pozan sürücülər saxlanaraq barələrində inzibati qaydada protokol tərtib olunub.
Reyd zamanı avtomobili idarə etmək üçün müvafiq etibarnaməsi olmayan, texnki baxışdan keçməyən və icbari sığortası olamayn 40-a yaxın avtomobil sahibləri barəsində inzibati protokollar tətbiq olunub.
Müvafiq sənədləri olmayan sürücülərin avtomobilləri cərimə meydançalarına aparılıb.
Daha sonra reyd Ələt- Astara magistral yolunda davam etdirilib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər