DYP Bakıda nəqliyyatın hərəkətinin müvəqqəti məhdudlaşdırılması barədə məlumat yayıb
24.06.2015 579 0.0 0

Bakı 2015 İlk Avropa Oyunlarının Bağlanış Mərasimi ilə əlaqədar 28 iyun 2015-ci il tarixdə saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək paytaxtın Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu körpüsünədək və Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissələrində  ümumi nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Qazeta.info Dövlət Yol Polis İdarəsinin məlumatına əsasən bildirir ki, qeyd olunan müddət ərzində Hava Limanı istiqamətinə getmək istəyən sürücülər alternativ yol kimi Zığ-Aeroport yolundan (beton yol), cənub istiqamətindən gələnlər paytaxta daxil olmadan Xocahəsən yolu ilə Xırdalan dairəsi, oradan isə Binəqədi, Balaxanı, Zabrat və Buzovna qəsəbələrindən keçməklə Mərdəkan-Aeroport yoluna, qərb və şimal istiqamətindən gələnlər də Xırdalan dairəsindən eyni marşrut üzrə rahat və fasiləsiz hərəkət edə biləcəklər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar