Düşmən ordusu ciddi itki verib
02.03.2015 759 0.0 0

Fevralın 28-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş daha bir ciddi insident barədə məlumat daxil olub.

Müdafiə Nazirliyindən  daxil olan məlumata görə, həmin gün Ermənistan ordusunun diversiya qrupu ordumuzun mövqelərinə doğru diversiya həmləsi edib, lakin əsgərlərimiz düşmənin diversiya qrupunu vaxtında aşkar edib və preventiv tədbirlərə əl ataraq düşmənin diversiya qrupunun komadirini və daha bir neçə hərbçisini tamamilə zərərsizləşdirib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, təmas xəttində vəziyyət Azərbaycan ordusunun tam nəzarəti altındadır.

Qeyd edək ki, həmin gün təmas xəttində ordumuzun həyata keçirdiyi başqa bir əməliyyat nəticəsində Ermənistan ordusunun iki hərbçisi məhv edilmişdi.

Ermənistan Müdafiə Nazirliyi bu iki hərbçinin öldürüldüyünü təsdiq etsə də 5-6 nəfərlik diversiya qrupunun zərərsizləşdirilməsi barədə susur./virtualaz.org/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar