Düşən hərbi təyyarədən xəbər
09.05.2015 774 0.0 0

Məlum olduğu kimi, Spaniyanın Sevilya şəhərində aviaqəza baş verib.

Məlumata görə, bu barədə hökumət başçısı Mariano Raxoy açıqlama verib.

Baş nazirin sözlərinə görə, qəzaya uğrayan "A400M" hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 8-10 nəfər olub..

Yerli kütləvi informasiya vasitələrinin məlumatına əsasən, təyyarə günorta saatlarında havaya qalxandan bir az sonra "Coca-Cola" zavodunun ərazisinə düşüb.

Hadisənin səbəbləri hələ məlum deyil.

Yayılan digər məlumata görə, “A400M” hərbi yük təyyarəsi Türkiyə Hərbi-Hava Qüvvələri üçün nəzərdə tutulduğu məlum olub.

Türkiyə mətbuatının yazdığına görə, İspaniya baş naziri Mariano Raxoy bəyan edib ki, təyyarə İspaniya Silahlı Qüvvələrinə məxsus olmayıb. Türkiyə tərəfi bu təyyarədən 10 ədəd sifariş verib. Hərbi təyyarə sınaq uçuşları zamanı qəzaya uğrayıb.

Son məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb./anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar