Dünyanın ən yaşlı begemotu ölüb
10.07.2017 889 0.0 0

Filippinin paytaxtı Manila zooparkında dünyanın ən yaşlı begemotu ölüb.

Trend-in məlumatına görə, Berta adlı dişi begemot 65 yaşında ölüb.

2,5 tonluq begemot 1959-cu ildən zooparkda yaşayırmış.

Qeyd edək ki, vəhşi təbiətdə begemotlar 40-50 il yaşayır. İndiyə qədər ən yaşlı begemot 2012-ci ildə 62 yaşında ABŞ zooparklarının birində ölüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar