Dünyanın ən varlı adamlarının siyahısı açıqlanıb
01.03.2016 625 0.0 0

ABŞ-ın "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts ötən il olduğu kimi  dünyanın ən varlı adamı adına yenidən sahib çıxıb.
 
Məlumata görə, "Forbes" jurnalının reytinqinə əsasən B.Qeytsin sərvəti 75 milyard dollardır.
 
İkinci yerdə “Оrteqo Inditex” şirkətinin rəhbəri Amansio Orteqa (67 milyard dollar), 3-cü yerdə isə “Berkshire Hathaway” şirkətinin başçısı Uorren Baffet (60,8 milyard dollar) qərarlaşıb.
 
Siyahıda dördüncü və beşinci yerləri, müvafiq olaraq, iş adamı Karlos Slim (50 milyard dollar) və Amazon.com-un baş direktoru Cozef Besos (45,2 milyard dollar) tuturlar.
 
İlk onluqda “Facebook”-un təsisçisi Mart Zukerberq, “Oracle” şirkətinin təsisçisi Larri Ellison, “Bloomberg” agentliyinin sahibi Maykl Blumberqin də adı var.
 
Qeyd edək ki, “Forbes”-un sonuncu reytinqində azərbaycanlı da yer alıb. “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov 8,9 milyardlıq sərvətlə  Rusiya milyarderlərinin reytinq cədvəlində 9-cu yerdə qərarlaşıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar