Dünyanın ən bahalı retro maşınları Bakıda
19.11.2015 694 0.0 0

 

Bakıda avtomobil həvəskarları üçün retro avtomobillərinin səgisi təşkil edilib. 

Məlumata görə, avtomobil sərgisi Heydər Əliyev Mərkəzində keçirilir.

Sərgidə "Ferrari", "Reno","Buqatti", "Mazeratti", "Buqatti" və bir çox başqa klassik avtomobillər nümayiş etdirilir. 

Bu sərgi Azərbaycan Avtomobil Federasiyası, Almaniyanın “Classic Remise” və Fransanın Milli Avtomobil (Şlumpf kolleksiyası) muzeylərinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

 

 

Sərgidə nümayiş olunan retro avtomobillər


Ekspozisiyada Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş klassik avtomobillər təqdim olunur. Sərgidə müxtəlif illərdə istehsal olunan avtomobillər nümayiş olunur. 

 


Sərgidə nümayiş olunan aksessuarlar


Bakıda təşkil edilən sərgidə nümayiş olunan avtomobillər Almaniyada, ABŞ-da, İtaliyada, Fransada, Böyük Britaniyada və keçmiş SSRİ-də hələ də məhşurdurlar. Bu yaxınlarda onlardan bəziləri hətta " Əli və Nino" filminin çəklişlərində istifadə olunub.

 


"Əli və Nino" filminin çəklişləri zamanı istifadə olunan retro avtomobil


Sərgi ziyarətçilərə nadir eksponatları görmək, avtomobil sənayesi tarixinə ekskursiya etmək imkanı verir.

Sərgidə həmçinin müxtəlif dövrlərə aid yanacaq – doldurma avadanlıqları, yol nişanları, avtomobillər haqqında nəşrlər və başqa aksessuarlar nümayiş etdiriləcək. 

Avtomobil həvəskarları cümə, şənbə və bazar günlari sərgini ziyarət edə bilərlər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar