Dünyanın ən bahalı evi satışa çıxarılıb
13.10.2017 1598 0.0 0

Fransada 418 mln. ABŞ dollarına 187 il əvvəl tikilmiş ev satışa çıxarılıb. 

"The Daily Mail" qəzetinə istinadən verilən xəbərə görə, "Les Cedres" malikanəsi Belçika kralı II Leopolda məxsus olub və daha sonra zeytun ferması kimi istifadə edilib.

Malikanədəki 14 yataq otağı bahalı mebel və XIX əsrin rəsm əsərləri ilə bəzədilib. Həmçinin, burada basseyn, banket zalı və 30 atın saxlanılması üçün nəzərdə tutulan tövlə var.

Bundan başqa, malikanədə 15 000 bitkisi olan Avropanın ən gözəl bağlarından biri yer alıb. Qonşuluqda isə britaniyalı bəstəkar Endryu Lloyd Uebber (Andrew Lloyd Webber) və "Microsoft"un qurucularından Pol Allen (Paul Allen) yaşayır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar