Dünyanın ən ağır çəkili qadını vəfat etdi
25.09.2017 778 1.0 0

Dünyanın ən ağır çəkili qadını Birləşmiş Ərəb Əmirliklərində, Əbu-Dabi xəstəxanaların birində vəfat edib.

Məlumata görə, çəkisi 500 kiloqramadək çatan misirli İman Əhməd Abdulatti Əbu-Dabidə çəkisini azaltmaq üçün əməliyyatlar keçirib.

Bundan əvvəl isə o, Hindistanın Mumbay şəhərində müalicə alırmiş.

Lakin Əbu-Dabi xəstəxanasında o, 200 kiloqrama yaxın çəki itirsə də, yaxınları müalicə üsullarına etibar etmədiklərini bildiriblərmiş.

Qadının ölüm səbəbi kimi isə bağırsaq keçilməzliyi və böyrək çatışmazlığı göstərilib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar