Dünyada qum zərrəsi ölçüsündə ən kiçik kamera hazırlanıb
29.10.2019 505 0.0 0

Smartfonlara quraşdırılan kameraların ölçüsü hər il kiçilir. Amma çəkiliş üçün olduqca kiçikölçülü tamamilə başqa tip qurğular mövcuddur. "OmniVision" şirkətinin "OmniVision OV6948" kamerası məhz bu tipə aiddir.

 

Qazeta.info "ICTnews" saytına istinadən yazır ki, bu kameranın özəlliyi onun ölçüsüdür. "OV6948" kamerası öz ölçüsünə görə (0,575 x 0,575 x 0,232 mm) qum zərrəsinə oxşayır. Buna baxmayaraq, kamera "RGB Bayer" çipinin köməyi ilə 40 min piksel təsvir ölçüsündə rəngli görüntü çəkə bilir.

 

"OmniVision" şirkətinin yeni kamerası smartfonlarda deyil, cərrahi alətlərdə tətbiq üçün nəzərdə tutulub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar