Dünya çempionu dopinqdən istifadəyə görə cəzalanıb
09.03.2022 358 0.0 0

Cənubi Afrika Respublikasından (CAR) olan atlet Tando Dlodlo antidopinq qaydalarını pozduğu üçün diskvalifikasiya edilib.

Yerli Dopinqsiz İdman İnstitutunun rəsmi saytına istinadən xəbər verilir ki, 2021-ci il Polşadakı dünya çempionatında qızıl medal qazanan 23 yaşlı idmançı Ümumdünya Antidopinq Məcəlləsinin 2.1-ci bəndini pozduğu üçün cəzalanıb.

Onun dopinq nümunəsində testosteron tapılıb. Sprinterin cəza müddəti 2,5 ildir. Dlodlonun 2021-ci ilin aprelində CAR çempionatındakı testi pozitiv çıxıb.

Qeyd edək ki, Tando Dlodlo mundialda 4x100 m estafet yarışında qızıl medal əldə edib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar