Tarix: 10.12.2016,   Saat: 14:50, Şənbə.          

DQMK və TQDK-nın ləğvinə başlanılıb

“Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs oktyabrın 19-da dövlət qeydiyyatına alınıb”. APA-nın xəbərinə görə, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.  

 

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) DİM-də birləşib.  

 

M. Abbaszadə qeyd edib ki, DİM-də ləğvetmə komissiyaları fəaliyyətə başlayıb: “Hazırda çox ciddi ləğvetmə prosesi gedir”.  

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmanda müəyyən edilib ki, DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilir.



  Bölmə: Manşet | Baxış sayı: 181 | Tarix: 22.10.2016, 21:03


Xəbərlər