Dövlət qulluğuna qəbul üzrə test imtahanları oktyabrda keçiriləcək
14.09.2017 533 0.0 0

Bu il dövlət qulluğuna qəbul üzrə müsabiqənin ilk mərhələsi-test imtahanlarının keçiriləcəyi tarix açıqlanıb.

 

Məlumata görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov bildirib ki, test imtahanları oktyabrda keçiriləcək.

 

B. Xəlilov qeyd edib ki, bu imtahan bütün dövlət qulluğu vəzifələri üzrə olacaq: “İmtahanlarda iştirak edənlər sonda sertifikat alacaqlar. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Həmin sertifikatı alanlar hansısa bir vakant vəzifə üzrə müsahibənin keçirilməsi üçün elan verildikdə şərtlərə uyğun gəlirlərsə, növbəti müsahibə mərhələsində iştirak edə biləcəklər. Sertifikat almaq üçün dövlət qulluğuna test imtahanlarında müvafiq keçid balları olacaq. Namizədlər müvafiq qruplar üzrə müəyyənləşən keçid ballarını topladıqları halda sertifikatı əldə edə biləcəklər”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar