Dövlət komitəsi ilə «8-ci kilometr» bazarı əsasındakı məhkəmə başa çatıb
18.11.2015 608 0.0 0

Bakı Apellyasiya Məhkəməsində “8-ci kilometr Ticarət Mərkəzi” MMC-nin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə (ƏMDK) qarşı şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

 

Məlumata görə, məhkəmə şikayəti təmin etməyib.

 

Qeyd edək ki, ASC aktların və şəhadətnamələrin qüvvədən salınması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı mümkün saymayıb. Həmin qərardan isə ASC apellyasiya şikayəti verib.

 

Onu da qeyd edək ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi “8-ci km Ticarət Mərkəzi” MMC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin nəticəsini bu ilin əvvəlində elan edib. 
 

Müsabiqə Komissiyası 3 iddiaçı arasında 6 aya müəssisəyə 1 mln 180 min 760 manat investisiya qoymağı öhdəsinə götürən fiziki şəxsi qalib elan edib.

 

1980-ci ildə yaradılan bazar 2000-2001-ci illərdə çek və pul hərracında özəlləşdirilib. 2008-ci ildə naməlum səbəbdən ƏMDK-nin qərarı məhkəmə qərarı ilə ləğv edilib və bazar dövlət mülkiyyətinə qaytarılıb. 2008-ci ilin fevralında “Ticarət Mərkəzi-4" MMC yaradılıb. Bu hüquqi şəxs o vaxtdan ƏMDK-nin tabeliyində olub. 2014-cü ilin avqustunda MMC-nin bazasında “8-ci km Ticarət Mərkəzi" MMC yaradılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar