Dövlət Departamenti: ABŞ Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir
24.08.2017 656 0.0 0

ABŞ Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir və iki ölkə arasında əməkdaşlıq sahələri axtarır.

"TASS"a istinadən verilən məlumata görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauert deyib.

O, bildirib ki: "Biz indiki administrasiyanın işə başladığı vaxtdan Birləşmiş Ştatlar və Rusiya arasında etimadın aşağı səviyyədə olduğunu bildirmişik. Biz bunu istəmirik. Biz onların hökuməti ilə münasibətləri yaxşılaşdırmaq istərdik. Biz onlarla qarşılıqlı faydalı əməkdaşlıq sahələri tapmağa cəhd edirik"./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar