Dörd gün əvvəl Kürdə batan 20 yaşlı qızın meyiti tapılıb
17.09.2016 752 0.0 0

Sabirabadda Kür çayında batan 20 yaşlı qızın meyiti tapılıb. 

 

Məlumata görə, sentyabrın 13-də Kürün Sabirabad rayonu ərazisindən keçən hissəsində batan, rayonun Narlıq kənd sakini, 1996-cı il təvəllüdlü Qəhrəmanova Sevanə Polad qızının meyiti bu gün saat 9.00 radələrində batdığı yerdən 10 kilometr aralıda Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək çıxarılıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar