Dopinq qalmaqalı: ən güclü idmançılar bizi aldadır?
16.08.2015 747 0.0 0

Dünyanın ən güclü atletlərinin üçdə biri dopinqdən istifadə edir. 

Məlumata görə, Almaniyalı alimlər IAAF Beynəlxalq Yüngül Atletika Federasiyasını dopinq qalmaqalı ilə bağlı hesabatın dərc olunmasına əngəl yaramaqda ittiham ediblər. 

Sözügedən hesabata əsasən dünyanın ən qabaqcıl atletlərinin üçdə biri anti-dopinq qaydalarını pozur.

Britaniyanın "Sunday Times" və Almaniyanın ARD telekanalının əldə etdikləri məlumatlara əsasən, söhbət 2011-ci ildə Tübingen universiteti tərəfindən həyata keçirilmiş araşdırmanın nəticələrindən gedir.

Bu media qurumları 2001-2012 illər arası 5,000 idmançıdan götürülmüş 12,000 qan analizlərinin nəticələrilə tanış ola biliblər. Həmin qan analizlərinin nəticələri ən nüfuzlu dünya yarışlarında dopinq testi zamanı idmançıların görünməmiş dərəcədə geniş miqyasda kələk gəldiklərini aşkar edib. 

WADA Dünya Anti-Dopinq Agentliyi nəzdində yaradılmış müstəqil komissiya ARD telekanalının hazırladığı sənədli filmdə səslənmiş ittihamların araşdırılacağını bildirmişdi.

Qurum bundan əvvəl də idmançıların qadağan olunmuş preparatlardan kütləvi şəkildə istifadə etməsi ilə mətbuata sızmış xəbərlərdən narahat olduğunu bildirmişdi. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar