Dolların sabaha olan məzənnəsi açıqlanıb
05.01.2017 1419 0.0 0

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 6-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,2% artaraq 1,7742 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dolların rəsmi məzənnəsi 1,7707 manata bərabər olub.

 

Xatırladaq ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,7707 məzənnəsi ilə başlayıb və 1,7742 məzənnəsi ilə yekunlaşıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar