Dollar yenə ucuzlaşdı
29.04.2015 916 0.0 0

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

Mərkəzi Banka istinadla verdiyi məlumata görə, dolların məzənnəsində ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0498-dən 1.0494 AZN-ə düşüb.

Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1419 AZN-dən 1.151-ə qədər bahalaşıb.

Rusiya rublunun kursunda da bahalaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0203-dən 0.0205 manata qədər artıb. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar