Doğuş zamanı əkiz övladlarını itirən ana komadan ayılmadı - VİDEO
20.11.2017 866 0.0 0

Noyabrın 20-si səhər saatlarında Abşeron xəstəxanasında doğuş zamanı iki əkiz övladını itirən ana da günorta saatlarında dünyasını dəyişib.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.

1995-ci il təvəllüdlü Tapdıqlı Aytac Qorxmaz qızı komadan ayılmayıb.

Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar