Doğuş və Xoşqədəm efirdə (VİDEO, FOTO)
03.04.2015 1094 0.0 0

"Bakı Film" kinostudiyasının istehsalı olan "A-dan Z-yə" şousunun növbəti ulduz qonağı tanınmış müğənni Doğuş olacaq.

Məlumata görə, 4 aprel saat 21.40-da ANS TV-də Zaur Nəbioğlunun təqdimatında yayımlanacaq verilişdə tamaşaçılara sözün əsl mənasında şou təqdim olunacaq. 

Çoxlarına məlumdur ki, Doğuş bir neçə ay bundan əvvəl Azərbaycanın populyar teleaparıcısı Xoşqədəm Hidayətqızı ilə ailə həyatı qurub. Və ilk dəfə onlar evlərinin qapılarını məhz "A-dan Z-yə" çəkiliş heyətinin üzünə açıblar.

Şəxsi həyatı barəsində danışmağı sevməyən X.Hidayətqızı verdiyi müsahibəsində susqunluğu hansı fikirləri ilə pozdu? 

Məşhurlar bu vaxta qədər heç yerdə danışmadıqlarını dilə gətiriblər. 

Proqramı izləyəcək oxucularımız studiyaya Doğuşa görə gələn sürpriz insanların kimliyini görəcəklər. 

Doğuşun vaxt ata olacaq? O, evliliyinə qarşı çıxmaq istəyən şəxs və şəxslərin kimliyi barəsində nələr dedi? 

Çəkilişə gələn fiziki-qüsurlu qızla müğənnini nə bağlayır? Doğuş hansı azərbaycanlı məşhurla duet oxuyacaq? 

Gərgin anların yaşandığı studiyaya qəfil gələn daha bir qadın hansı faktların üstünü açacaq? Həm qonaq, həm də Zaur göz yaşlarına hakim ola bilmədilər.../anspress/

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar