DIN Abşeronda bank filialına basqının təfərrüatlarını açıqlayıb - VİDEO
04.07.2015 809 0.0 0
Mühafizə polisi ilə içəridə gizlənən sürücü-inkassator əlbəyaxa olarkən silah açılıb və polisi yaralayıb

 

Daxili İşlər Nazirliyi  Abşeronda bank filialına edilən basqının təfərrüatlarını açıqlayıb.

 

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov  bildirib ki, bəzi mətbuat orqanlarında hadisənin mahiyyəti təhrif olunub: “Əslində hadisə belə olub ki, qeyd olunan filialda sürücü-inkassator işləyən 1962-ci il təvəllüdlü Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək üçün filialın binasının içərisində gizlənib. Gecə saatlarında filialda xidmətdə olan Abşeron rayon Mühafizə İdarəsinin mülki əməkdaşı Hamlet Şıxəliyev içəridən gələn səsdən şübhələnib. O, içəridə gizlənən Hikmət Əliyevi aşkar edəndə sonuncu bıçaqla mühafizəçiyə hücum edib və onlar əlbəyaxa olublar. Bu zaman mühafizəçinin üzərindəki xidməti tabel silahı açılıb və güllə onun özünə dəyib. Mühafizəçi diz nahiyəsindən yaralanıb. Yaranmış vəziyyətdən istifadə edən Hikmət Əliyev hadisə yerindən qaçıb. Buna baxmayaraq, hadisə yerinə gələn Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Hikmət Əliyevi isti izlərlə yaxalayaraq aidiyyəti üzrə təhvil veriblər”.

 

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar