Dilqəm məktub yazdı: `Atamdan muğayat olun`- VİDEO
12.11.2016 846 0.0 0

Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə növbəti dəfə məktub göndərib.

 

Qazeta.info bildirir ki, bu barədə Azvision.az-a girovun oğlu Kürdoğlu Əsgərov bildirib: “Atamdan məktub aldıq. Məktub cəmi üç cümlədən ibarədir. “Həs kəsə salam deyin, isti paltar lazım deyil. Atamdan muğayat olun” -deyə məktubda yazılıb. Atam hər dəfə babamı soruşur, ondan narahat olduğunu hiss etdirir”.

Qeyd edək ki, bir müddət əvvəl Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərov prezident İlham Əliyevə müraciət edib. Q.Əsgərov oğlunun girovluqdan xilas edilməsi üçün ölkə başçısından kömək istəyib.

“Prezidentdən xahiş edirəm ki, oğlumun geri qaytarılmasında bizə yardım etsin. Dilqəmi 3 ildir ki, görmürəm. Oğlum öz ata-baba torpaqlarına gedib. Ora mənim ata yurdumdur. İnanıram ki, prezidentimiz bu məsələdə bizə kömək edəcək. Bir ata kimi arzulayıram ki, mənim meyitimi yerdən oğlum Dilqəm götürsün”.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar