Diktatordan qorxunc BƏYANAT: «Hidrogen bombasının...»
06.09.2016 776 0.0 0

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In ölkənin nüvə gücünün möhkəmləndirilməsinin ehtiyacını vurğulayıb.

 

“İnterfaks” agentliyinə istinadən xəbər verilir ki, bu haqda Koreya Respublikasının “Yonhap” agentliyi bildirib.

 

Kim Çen In qeyd edib ki, hidrogen bombasının sınağı ilə başlanan “tarixi ildə” (2016-cı il –red.) dövlətə nüvə gücünün möhkəmləndirilməsi işində çox gözəl nailiyyətlər lazımdır.

 

Qeyd edək ki, sentyabrın 5-də Koreya Xalq Demokratik Respublikasının şərq sahilindən Yapon dənizi istiqamətinə üç ballistik raket atılıb. Raketlər Yaponiyanın xüsusi iqtisadi zonasında – ölkənin ən şimal adası olan Xokkaydonun 200-250 kilometrliyində düşüb.

 

Koreya bu il yanvarın 6-da növbəti nüvə sınağını keçirib. Bir gün sonra isə süni peyklə raket-daşıyıcı buraxılıb. BMT Təhlükəsizlik Şurası cavabında Pxenyana qarşı sanksiyaları sərtləşdirib./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar