DİN Bərdədə 14 yaşlı yeniyetmənin qətli ilə bağlı məlumat yayıb
16.01.2017 907 0.0 0

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə 14 yaşlı yeniyetmənin qətli ilə bağlı məlumat yayıb.
 
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 14-də Bərdə rayonunun Mollagüllər kəndi ərazisində Kəlbəcər rayon sakini, 14 yaşlı Həsrət Mirzəməmmədov döymə xarakterli xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.
 
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Tapdıq Mustafalı tutulub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar